Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 19:12
UEFA Millətlər Liqası çərçivəsində sabah Azərbaycanla qarşılaşacaq Lüksemburq milisinin baş məşqçisi Lyuk Holts görüşdən öncə mətbuat konfransı keçirib.
- Heyətdə iki zədəli oyunçunuz var. Onların durumları necədir?
- İki futbolçunun vəziyyəti bəlli deyil. Sabah oynayıb-oynamayacaqları barədə nəsə demək doğru olmaz.
- Sabahkı heyətlə 3 gün öncəki heyət eyni olacaq? Bir də müdafiəçi Kristoferin zədəsi var idi, vəziyyəti nə yerdədir?
- Hələ qərar verməmişik. Ancaq eyni heyət olmayacaq. Yekun qərarı sabah bilərik. Kristofer bizim üçün önəmli oyunçudur. Bizim üçün çox əhəmiyyətlidir. Durumu barədə dəqiq bir söz demək olmur.
- Azərbaycan komandası haqda hansı məlumatlarınız var?
- Onu bilirəm ki, rəqib komandada baş məşqçi dəyişib. Onların oyunları barədə heç bir məlumatımız yoxdur. Ancaq güclərimizi eyni dəyərləndirirəm. Həm bizdə, həm də onlarda çempionat uzun müddətdir dayanıb.
- Azərbaycanda hansı oyunçunun adını xüsusi çəkərdiniz...
- Bəli, rəqibi izləmişəm. Xüsusən də iki nömrəli futbolçunu (Qara Qarayevi nəzərdə tutur – red.) deyərdim. Komanda ilə oynamağı yaxşı bacarır.
- Meydan amilinə görə Azərbaycanı üstün görürsünüz?
- Biz sabah oyuna ehtiyatlı başlacağıq. Necə müdafiə olunmağı düşünəcəyik. Açığı, Azərbaycanı favorit görürəm. Bizim rəqibdən xüsusi bir üstünlüyümüz yoxdur. Bu, sadəcə oyundur.
- Azarkeşlərin olmaması oyunçuların çıxışına təsir göstərəcək?
- Hər hansı bir təsir olacağını düşünmürəm. Futbolçular aktiv olmalıdır. Sabah əsas çətinliklərimizdən biri oyunumuzu tapmaq olar. Ancaq hər şeyin dəqiqini sabah görəcəyik.
- Azərbaycanı sabahkı oyunda arxayın salmaq üçün tərifləryisiniz?
- Əlbəttə, mən heç nəyi gizlətmirəm. Dediklərim həqiqədir. Azərbaycan millisininn Uels və Slovakiya yığmalarına qarşı çıxışlarını izləmişəm. Demək olar ki, başa-baş mübarizə aparırdılar. Həqiqətən Azərbaycan millisini güclü hesab edirəm.
- Azərbaycan millisinin oyunçuları “Qarabağ”ın heyətində daha çox oyun keçirib. Sizcə, bu onlar üçün üstünlük ola bilər?
- Məncə, bu üstünlük deyil. “Qarabağ”da çıxış edənlərlə yanaşı, elə oyunçular var ki, 6-7 aydır futbol oynamırlar. Bu baxımdan komandamın geridə qalacağını düşünmürəm.
- Azərbaycan millisi yeni baş məşqçi ilə sirli qutuya bənzəyir. Sabah onlardan necə bir oyun gözləyirsiniz?
- Bu haqda nəsə demək çətindir. Ağlımda bir- iki ideya var. Onları tətbiq etməyə çalışacağıq. Əsas odur ki, meydanda mövqe verməməliyik. İndidən nəsə demək çətindir.
- Lüksemburqda alman və fransız dilindən istifadə edilir. Bəs futbolda hansına daha çox yaxınsınız?
- Lüksembruq stili bizə daha uyğundur.