Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Messinin qalacağına ümid edirik" - Qrizmann

Tarix: 5 Sentyabr 2020 12:04

"Barselona"nın hücumçusu Antuan Qrizmann komandanın kapitanı Lionel Messinin ayrılacağı barədə çıxan söz-söhbətlərdən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu argnentinalı oyunçunun klubda qalacağına ümid etdiyini bildirib:

"Messidəki durumla bağlı xəbər almağa çalışırıq. Amma nə baş verirsə, onunla klub arasındadır. Sadəcə qalacağına ümid edirik. Hər şeyi dinləyirik, amma dəqiq bir məlumatımız yoxdu".

Xatırladaq ki, Messinin Kataloniya klubundan ayrılacağı iddia olunur. Onun Manchester City ilə anlaşdığı bildirilir.

Milli.Az


Etiketlər:  Messinin qalacağına ümid edirik Qrizmann


RƏYLƏR