Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnstitut direktoru: COVİD-19-a görə risk qrupuna daxil olanların qripə qarşı peyvəndlənməsi tövsiyə edilir

İnstitut direktoru: COVİD-19-a görə risk qrupuna daxil olanların qripə qarşı peyvəndlənməsi tövsiyə edilir

Tarix: 5 Sentyabr 2020 14:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Kəskin respirator virus infeksiyalarının daha çox yayıldığı payız ayları yaxınlaşdığı üçün COVİD-19-a görə risk qrupuna daxil olan insanların qripə qarşı peyvəndlənməsi tövsiyə edilir.

Bunu Trend-ə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, yaşı 65-dən çox olan, xroniki xəstəlikdən əziyyət çəkən insanların mütləq şəkildə qripə qarşı peyvənd edilməsi məsləhət görülür.

A.Allahverdiyev qeyd edib ki, eyni insan həm qrip, həm də COVİD-19-a yoluxa bilər:

“İndiyədək eyni insanın həm qrip, həm də COVİD-19-a yoluxması barədə məlumata rast gəlməmişəm. Amma bu ola bilər. Belə halda əgər insan qripə qarşı peyvənd olunarsa, COVİD-19-u çox da ağır olmayan formada keçirə bilər. Amma hər iki xəstəlik eyni vaxtda müşahidə edilərsə, bunun daha ağır fəsadları ola bilər. Bu halda ya qrip koronavirusu, ya da COVİD-19 qripi ağırlaşdıra bilər. Ona görə də insanların bu aydan başlayaraq, qripə qarşı peyvənd edilməsi doğrudur”.

A.Allahverdiyev qeyd edib ki, qripə qarşı peyvənd olunmaq heç də COVİD-19-a qarşı peyvənd olmaq demək deyil. Qripə qarşı peyvənd insanın özünü ən azından bu xəstəlikdən qoruması, qriplə paralel COVİD-19-a yoluxma olduqda isə vəziyyətin ağır keçməməsi üçün edilməlidir:

“Qripə qarşı orqanizmdə yaranan antitellər spesifik olmasa da, bəlkə də COVİD-19-un daha rahat şəkildə keçilməsinə səbəb ola bilər. Amma bu, bir ehtimaldır və bu fikirlər araşdırılmalıdır”.


Etiketlər:  İnstitut direktoru COVİD görə risk qrupuna daxil olanların qripə qarşı peyvəndlənməsi tövsiyə edilir


RƏYLƏR