Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 19:57
Adrenergik disbalans variant
Bu variant alfa və beta adrenergik reaksiyalar arasında nisbətin pozulması nəticəsində meydana gəlir.Adrenomimetiklərin dozasının artmasından başqa adreneginetik disbalansın formalaşmasına səbəb olan faktorlara hipoksemiya və turşu qələvi balansının dəyişməsi aiddir.Adrenergik disbalans çox vaxt atopik formalı bronxial astmalı xəstələrdə və xəstəliyin kəskin dövründə(virus və bakterial infeksiya olduqda)formalaşı. Adrenergik disbalans və ona meyilliyin olmasının göstəriciləri aşağıdakılardır:
* beta adrenomimetik yeridildikdə və ya inhalyasiya edildikdə bronxial ostruksiyanın dərinləşməsi və ya inkişafı
* beta adrenomimik yeridildikdə və ya inhalyasiya edildikdə effektin olmaması və proqresin azalması
* adrenomimetiklərin uzunmüddətli qəbulu
Bronxial astma zamanı adrenergik disbalans variantının diaqnozunda beta adrenomimik inhalyasiyasının cavab reaksiyası əsas götürülür.
Xolinergik variant
Bronxial astmanın bu variantı asetilxolin mübadiləsi pozğunluğu və vegetativ sinir sisteminin parasimpatik şöbəsində aktivliyin artması ilə bağlıdır.
Kliniki şəkli
* əsasən ahıl yaşda olan adamlarda baş verir
* bronxial astma ilə xəstələndikdən bir-neçə il sonra baş verir
* yalnız fiziki yük zamanı deyil,sakitlik zamanı da baş verən təngnəfəslik
* selikli və köpüklü bəlğəmin olması
* fiziki yük,soyuq hava,kəskin qoxuların təsiri altında əmələ gələn bronxospazm
* boğulma və öskürəklərin gecə baş vermələri
Sinir-psixi variant
Bronxial astmanın bu variantı sinir sistemi funksiyasının dəyişiklikləri zamanı meydana çıxır.Bəzən bu formanı xəstənin ətraf mühitə patoloji adaptasiya olması ilə əlaqələndirirlər.Sinir-psixi variant kliniki xüsusiyyətlərinə görə aşağıdakı növlərə ayrılır:
* Nevrasteniyaya bənzər variant
* İsteriyaya bənzər variant
* Psixagenetik variant
Bronxial astmanın sinir-psixi variantına diaqnoz qoymaq üçün xəstədən toplanan məlumatlar kifayət edir.