Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Antibiotiklərin bakteriyalara təsiri: Ölən bakteriyalar qalanları xilas edir?

Antibiotiklərin bakteriyalara təsiri: Ölən bakteriyalar qalanları xilas edir?

Tarix: 5 Sentyabr 2020 21:45

Antibiotiklərin bakteriyalara təsiri ilə bağlı araşdırma aparılıb.

Bakteriyalar antibiotiklərlə məhv edildikdə hansı prosesin baş verdiyi araşdırılıb.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, alimlərin apardığı araşdırma zamanı müəyyən edilib ki, antibiotiklərin təsiri nəticəsində bakteriyalar məhv olan zaman başqa tip bakteriyalara təhlükə siqnalı verirlər, bu isə onların yaşamasına şərait yaradır. Alimlərin araşdırmaları göstərib ki, bakteriyalar antibiotiklərin təsiri ilə məhv olan zaman yaydığı kimyəvi maddə digər bakteriyalar üçün təhlükə yaranması barədə həyəcan siqnalı rolu oynayır. Yəni antibiotiklərin təsirindən bir bakteriyanın ölümü digər bakteriyaların yaşamasını stimullaşdırır.

Mütəxəssislərin "nekrosiqnalizasiya" olaraq təyin etdikləri həyəcan siqnalı sayəsində toplu halında yaşayan bakteriyalar əvvəlcədən ölümcül bir təhlükənin varlığını aşkarlayaraq qısa müddətdə təhlükəyə qarşı müqavimət göstərə bilir. Ölü bakteriyaların qalan bakteriyaları necə xilas etdiyini araşdırmaq üçün bakteriya ilə antibiotik arasında qarşılıqlı təsir müşahidə edilib. Texas Universitetinin molekulyar biologiya üzrə professoru Rasika Harshey, ölü bakteriyaların canlı hüceyrə membranlarından xaric olunmasına imkan verən sistermi aktivləşdirdiyini qeyd edərək "ölən bakteriyalar digər bakteriya sürüsününü yaşamasına yardlm edir", deyə bildirib.


Etiketlər:  Antibiotiklərin bakteriyalara təsiri Ölən bakteriyalar qalanları xilas edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ