Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2020 11:42
Məşhur vetran futbolçu Yaya Ture qalmaqala səbəb olub.
Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, karyerası ərzində böyük klublarda oynamış Kot-D`İvuar millisinin üzvü yardım matçından əvvəl əyləncə məclisi təşkil etmək üçün otelə 19 qadın çağırıb.
Belə ki, 37 yaşlı veteran futbolçu UNİCEF-in təşkilatçılığı ilə uşaqlar üçün keçirilməli olan yardım matçında iştirak etməli idi. Amma oyundan əvvəl qaldığı otelə 19 qadın çağırıb. Turenin bundan başqa matçda oynayacaq futbolçuların olduğu "Whatsapp" qrupuna erotik görüntülər göndərib.
"TyC Sports"un xəbərinə görə, onun bu hərəkətləri yardım matçında iştirak edəcək ulduz futbolçuların etirazına səbəb olub və Ture oyunun heyətindən çıxarılıb.
Qeyd edək ki, Ture karyerası ərzində Belçikanın "Beveren", Ukraynanın "Metallurq", Yunanıstanın "Olimpiakos", Fransanın "Monako", İspaniyanın "Barselona", İngiltərənin "Mançester Siti" və Çinin "Qingdao Huanghai" klublarında çıxış edib, Kot-D`İvuar millisində keçirdiyi 101 oyunda 19 qol vurub.