Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kante gələcək karyerasıyla bağlı qərarını verdi

Kante gələcək karyerasıyla bağlı qərarını verdi

Tarix: 7 Sentyabr 2020 05:32

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante klubdan ayrılmaq istəmir.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu komandadakı mövqeyindən razıdır.

29 yaşlı oyunçunun daha öncə "İnter"ə keçəcəyi iddia olunurdu. Ötən mövsüm zədə səbəbindən az forma şansı alan Kantenin İtaliya klubuna keçməsi ehtimal idi. Lakin yarımmüdafiəçinin London klubundan getməyəcəyi bildirilir.

Qeyd edək ki, Kante 2019/20 mövsümündə "Çelsi"nin heyətində 28 oyun keçirib və 3 qol vurub.


Etiketlər:  Kante gələcək karyerasıyla bağlı qərarını verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ