Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 11:46
"Şalke"nin yeni transferi Vedad İbişeviç məvacib almadan oynayacaq.
Sonxeber.net matc-a istinadla xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu özü açıqlama verib. İbişeviç, məqsədinin pul qazanmaq olmadığını və oynamağa davam etmək istədiyini deyib:
"Məqsədim pul qazanmaq deyil, oynamaq istəyirəm. Klub rəhbərliyi ilə danışdıq və məvacib almayacam. Sadəcə, tibbi siğorta üçün lazım olan məbləği verəcəklər. Məvacibimi xeyriyyə işlərinə sərf edəcəm və bonuslar üçün oynayacam".
Daha əvvəl Hoffenheim, Shtuttgart, Herta kimi klublarda forma geyinən İbişeviç, Schalke ilə bir illik müqavilə imzalayıb.