Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 12:48
Bakı. Trend:
Gürcüstanda “Güc birlikdədir” müxalif birliyi sabiq prezident Mixail Saakaşvilinin gələn ay keçiriləcək parlament seçkilərində baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Trend-in məlumatına görə, bu barədə “Vahid Milli Hərəkat” partiyasının lideri Qriqol Vaşadze brifinq zamanı deyib.
Bununla əlaqədar olaraq M.Saakaşvilinin bu gün axşam saatlarında açıqlama verməsi gözlənilir.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.