Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Xəzərdə gəmilər üçün rüsumları endirir

İran Xəzərdə gəmilər üçün rüsumları endirir

Tarix: 7 Sentyabr 2020 12:52

Bakı. Elnur Bağışov - Trend:

İran Xəzər dənizində Ro-Ro gəmilərinə (təkərli nəqliyyat vasitələrinin daşınması üçün gəmi) 1 il ərzində 80% endirim edəcək.

Trend-in məlumatına görə, bunu İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Fərhad Müntəsər Kuhsari deyib.

F.M.Kuhsarinin sözlərinə görə, bu endirimlər hüquq, rüsum və digər sahələrdə olacaq.

O, əlavə edib ki, İran limanlarında Ro-Ro gəmilərinin yan alması üçün potensiallar yaradılıb:

“İranın Limanlar və Dənizçilik Təşkilatı yük maşınlarının İranın magistral yollar və quru sərhəd buraxılış məntəqələrindən limanlara köçürülməsi, həmçinin İranın şimal limanlarından yük maşınlarının (boş və dolu) Xəzəryanı ölkələrə birbaşa daşınması istiqamətində bu addımı atır".

Təşkilat rəsmisi deyib ki, Xəzər dənizində fəaliyyət göstərən gəmiçilik şirkətlərinin gəmiçilik xətləri yaradaraq bu imkandan faydalanacaqları gözlənilir.

Qeyd edək ki, İranın şimalında yerləşən Mazandaran vilayətinin Əmirabad limanında inşa olunan İranın ilk dəniz-dəmiryolu (Train Ferry) platforması artıq təkmilləşməkdədir. İranın Limanlar və Dənizçilik Təşkilatı çoxməqsədli nəqliyyatın formalaşması, Orta Asiyadan beynəlxalq sulara İran vasitəsi ilə ticarət, neft maddələri və sairə məhsulların tranzitinin artırılması, eləcə də bu istiqamətdə dəmiryol nəqliyyatından istifadənin olunmasına çalışır.


Etiketlər:  İran Xəzərdə gəmilər üçün rüsumları endirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ