Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 07:54
Aortal qapaq çatışmazlığının əmələ gəlməsinə aorta qapaq taylarının natamam qapanması səbəb olur. Xəstəliyə qazanılmış ürək qüsurları içərisində 14% rast gəlinir. Aortal qapaq çatışmazlığından əziyyət çəkən xəstələrin 75%-dən çoxunu kişilər təşkil edir. Xəstəliyin əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır:
- revmatizm (70% hallarda)
- infeksion endokardit
- ateroskleroz
- siflitik aortit
- birləşdirici toxumanın sistem xəstəlikləri
- arterial hipertenziya
- aortanın anevrizması
- revmatoid spondilit.
Aortal qapağın çatışmazlığı anadangəlmə də ola bilir.
Xəstəlik zamanı mədəciklərin diastolası müddətində aortal qapaq taylarının natamam qapanması nəticəsində aortadan sol mədəciyə gedən qanın bir hissəsi mədəciyə qayıdır. Bu hər dəfə təkrarlandıqca ürəkdə patoloji dəyişikliklər meydana gəlir.
- sol mədəciyin sistolik funksiyası aşağı düşür
- kiçik qan dövranının venalarında təzyiq artır
- ürəkdə qan durğunluğu yaranır
- mədəcik çatışmazlığı inkişaf edir.
Formalaşan aorta qapaq çatışmazlığı 10-15 il xəstəni narahat etmədən qala bildiyindəm xəstənin və həkimin diqqətini çəkməyə bilir. Xəstəliyin əlamətləri əsasən aktiv həyat təzi keçirənlərdə özünü daha qabarıq biruzə verir. Bu zaman xəstənin şikayətləri bunlardan ibarət olur:
- boyun və baş nahiyəsində pulsasiya
- təngnəfəslik
- ürək nahiyyəsində stenokardiya ağrıları.
Aortal qapaq çatışmazlığı zamanı xəstələr sol böyrü üstə uzandıqda sanki ürəklərini hiss edirlər, ürək döyüntüləri artır. Xəstədə təngnəfəslik, ödem və ödemlə əlaqədar boğulmalar baş verir. İlk vaxtlar fiziki iş zamanı, sonralar isə sakitlikdə də stenokardiya tutmaları baş verir. Tutmalar adətən gecələr olur və nitroqliserin əvvəlki effekti vermir. Ürək ağrılarının müddəti get-gedə atrır.
Xəstəliyə diaqnoz qoymaq üçün EKQ və exokardioqrafiyanın nəticələri əsas götürülür. Xəstəyə müalicə ilə yanaşı fiziki hərəkətləri azaltmaq, az maye qəbul etmək, yağlı və duzlu qidalardan uzaq durmaq məsləhət görülür.
Diaqnozun qoyulmasında rentgen, EKQ və exokardioqrammanın nəticələri, ürək tonlarına qulaq asmanın rolu böyükdür.
Müalicədə terapevtik və cərrahi metodlardan istifadə edilir.