Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Instagram hekayələrinə Facebook-da baxmaq olacaq

Instagram hekayələrinə Facebook-da baxmaq olacaq

Tarix: 8 Sentyabr 2020 08:04

Facebook keçən ilin sonlarında bildirmişdi ki, sahib olduğu bütün sosial mediaları birləşdirməyi düşünür. Yaxın zamanlarda saytımızda da paylaşdığımız kimi şirkət Instagram DM ilə Facebook Messenger-i birləşdirməyə başlamışdı. Beləliklə istifadəçilər Direct ilə Messenger-də danışdığı istifadəçilərə mesaj yaza bilirdi. Hələki çox az sayda istifadəçilərə bu testlərə qoşula bilib. İndi isə yeni çıxan məlumatlara görə Facebook növbəti addımı atmağa başlayır.

İstifadəçilər Instagram Story-lərə Facebook tətbiqi ilə baxa biləcəklər.

Matt Navarra tərəfindən Twitter üzərindən paylaşılan məlumata görə Facebook rəsmiləri bu məlumatı təsdiqləyiblər. Bu funksiyanın aktivləşdirilməsi üçün istifadəçilər əvvəlcə Facebook və Instagram hesablarını bir-biri ilə əlaqələndirməlidir. Bunun üçün Instagram ayarlarına daxil olub Linked Accounts-dan Facebook-u seçib hesabları bir-birinə bağlamalısınız. Həmçinin Story paylaşan istifadəçilər paylaşımlarının Facebook üzərində görünüb görünməməsini seçə biləcək. Lakin bunu ümumi bütün hekayələr üçün yoxsa tək-tək hər story üçün seçilib seçilməyəcəyi isə indilik bilinmir. Bundan başqa Instagram hekayəsinə Facebook üzərindən baxan və ya yazılan rəylər Instagramdan idarə edilə biləcək. Yəni sizin Story-nizə Facebook-da baxıb mesaj yazan istifadəçinin mesajını Instagramda baxa biləcəksiniz. Qeyd edək ki, yeni funksiya hələki test mərhələsindədir və bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi bilinmir.

Milli.Az


Etiketlər:  Instagram hekayələrinə Facebook baxmaq olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ