Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla bağlı noyabrda dinləmələr keçiriləcək

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla bağlı noyabrda dinləmələr keçiriləcək

Tarix: 9 Sentyabr 2020 14:46

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla bağlı noyabr ayında dinləmələr keçiriləcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Musa Quliyev bildirib.

M.Quliyev qeyd edib ki, qanun qəbul olunsa da bunun icrası yetərli səviyyədə deyil.

M. Quliyev vurğulayıb ki, hətta məktəblərin yanında da tütün məlumatlarının satılması hallarına rast gəlinir və bununla bağlı müranciətlər daxil olur. "Millət vəkili Məlahət İbrahimqızı bu məsələ ilə bağlı araşdırmalar aparılır və inşaallah, noyabr ayında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun icrası ilə bağlı Milli Məclisdə dinləmə təşkil olunacaq".


Etiketlər:  Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunla bağlı noyabrda dinləmələr keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ