Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 16:12
Bakı. Trend:
ABŞ növbəti bir neçə həftə ərzində İraqdakı qoşunlarının 40 faizdən çoxunu çıxaracaq.
Trend-in məlumatına görə, bunu Yaxın Şərq bölgəsindəki ABŞ qoşunlarının komandanı Kennet Makkenzi deyib.
O qeyd edib ki, sentyabrın sonunadək İraqdakı ABŞ hərbçilərinin sayı 5 200 nəfərdən 3 min nəfərədək azaldılacaq. Ölkədə qalan hərbçilər İraq ordusuna terrorçuluqla mübarizədə dəstək və məsləhət xidmətləri göstərəcək.