Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 19:40
"Gah arıqlayır, gah kökəlirəm. Ona görə də üzüm sallanır. Düzünü deyəcəm. Üzümə mezoterapiya edirəm. Bir də alnımda botoks var. Bu yaxınlarda 10 kiloqram arıqladım, üzüm düşdü. Başqa heç bir plastik müdaxilə etdirməmişəm. İndi burunu qaldırırlar, qaşı qaldırırlar, deyirlər dəbdir. İnsanın bədənində dəb olar? Ona görə də oğlanlar evlənmir, subay subay qalıblar".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova "10-da görüşək" proqramında deyib. Müğənni plastik əməliyyat etdirən qızları tənqid edib. Gənclərə səslənən G.Məmmədova bildirib ki, üzlərinə dolğular etdirməsin:
"İndikilər gənc yaşda üzünə müdaxilə edirlər. Baxıram 26 yaşında qız saçına rəng qoyur, burun kəsdirir, dişlər vinir. Deyirəm, qızım niyə belə edirsən? İlk dəfə saçıma 35 yaşımda rəng qoydurmuşam. O da məcburiyyətdən.
Bu yaxınlarda kosmetoloqda idim, qız gəlib ayağına, yanağına, dodağına, bədəninə dolğu etdirir, burnunu kəsdirib".