Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə son sutkada 55 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə son sutkada 55 nəfər koronavirusdan dünyasını dəyişib

Tarix: 9 Sentyabr 2020 20:24

Bakı. Trend:

Türkiyədə son sutka ərzində koronavirusdan daha 55 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, son 24 saatda 111 193 şübhəli koronavirus testindən keçib, onlardan 1 673-nün cavabı müsbət çıxıb. Ağır xəstə sayı 1 181 nəfər olub, 943 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 284 943 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 254 188 nəfər sağalıb, 6 837 nəfər ölüb.


Etiketlər:  Türkiyədə sutkada nəfər koronavirusdan dünyasını dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ