Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Stok Siti"nin futbolçusu "Qalatasaray"da - Rəsmi

Tarix: 9 Sentyabr 2020 23:10

"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Qalatasaray" heyətinə yeni oyunçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Stok Siti"nin yarımmüdafiəçisi Oqhenekaro Etebonu icarəyə götürüb. Nigeriyalı oyunçu ilə 1 illik icarə müqavilə imzalanıb. 

Bildirilir ki, Superliqa klubu futbolçuya görə İngiltərə təmsilçisinə 675 min avro ödəyəcək. Bundan əlavə, müqaviləyə əsasən, "Qalatasaray" Etebonu 7.5 milyon avro qarşılığında "Stok Siti"dən birdəfəlik transfer etmək hüququna sahibdir. Oyunçunun yeni klubunda illik maaşı isə 1.2 milyon avro olacaq.

Qeyd edək ki, Oqenekaro Etebo ötən mövsümün ikinci yarısını icarə əsasında "Xetafe"də keçirib.

 


Etiketlər:  Stok Sitinin futbolçusu Qalatasarayda Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ