Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 08:28
Müasir protezləmə texnologiyası aktiv şəkildə inkişaf edir. İnsanlara süni əl-ayağı tətbiq etməyə mane olan problemlərdən biri həssaslığın olmaması hesab edilir. Avstraliyalı alimlər ağrını, istiliyi və soyuğu hiss etmək qabiliyyətinə malik elektron dəri prototipi hazırlayıblar.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, insan dərisi ətraf mühitin bu və ya digər dəyişiklikləri haqqında erkən bildiriş verən mürəkkəb mexanizmdir. O, qəfil ağrı zamanı beyinə siqnal göndərən çoxlu sayda sinirlə təchiz edilib. Müasir elektron texnologiyalar bu hisslərin hamısını imitasiya etmək imkanına malik deyil. RMIT Universitetindən olan avstraliyalı mütəxəssislər komandası ağrıya həssas süni dəri hazırlamaqla bu istiqamətdə irəliləyiş əldə ediblər.
Prototip təzyiq, istilik və ya soyuq kimi dəyişiklikləri fərqləndirə bilən nazik plyonka formasındadır. İndi süni dəri insanda olduğu kimi reaksiya verir.