Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“5G” dəstəkli smartfonların qiyməti ucuzlaşacaq

“5G” dəstəkli smartfonların qiyməti ucuzlaşacaq

Tarix: 10 Sentyabr 2020 08:32

"IDC" analitik şirkəti koronavirus pandemiyası dövründən sonra smartfonlar bazarının vəziyyəti ilə bağlı proqnozla çıxış edib. Bazarda artımın 2022-ci ildə bərpa olunacağı, 2023-cü ildə isə onun 50 faizinin beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən smartfonların təşkil edəcəyi gözlənilir. Bundan başqa, onların qiymətinin tədricən aşağı düşəcəyi proqnozlaşdırılır.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, 2023-cü ildə dünyada "5G" smartfonları üçün "ASP" (orta satış qiyməti) göstəricisi 495 dollar təşkil edəcək. Hazırkı göstəricilərdən söz açan ekspertlər tərəfindən Çin nümunə kimi qeyd olunur. Bu gün orada "5G" dəstəkli smartfonların orta qiyməti 464 dollara bərabərdir. Bununla yanaşı, bütün satılan "5G" smartfonlarının 43 faizinin qiyməti 400 dollardan azdır.
 
Ümumilikdə bazara gəldikdə, "IDC" smartfonlarının tədarük həcminin illik hesablamasında 9,5 faizlik - 1,2 milyard qurğuyadək azalma proqnozlaşdırır. Üç ildən sonra bazarın yarısını "5G" smartfonları tutacaq, "3G" smartfonlarının payı isə sıfıra yaxınlaşacaq.
 
Xatırladaq ki, ötən ay "DigiTimes" tədqiqat şirkəti tərəfindən açıqlanan proqnoza görə, 2020-ci ildə "5G" smartfonlarının tədarükü 250 milyona çatacaq. Yanvar-martda satışa təxminən 24 milyon "5G" dəstəkli smartfon çıxarılıb. 225 milyon həcmində defisitin isə aprel-dekabrda kompensasiya olunacağı gözlənilir.
 


Etiketlər:  dəstəkli smartfonların qiyməti ucuzlaşacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ