Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 18:28
"Fənərbağça" yarımmüdafiəçi Mixa Zaytsını icarəyə verib.
Sonxeber.net fanat.az-a istinadla xəbər verir ki, bu barədə TRT Spor məlumat yayıb.
Xəbərə görə, sloveniyalı futbolçu karyerasını Genoa-da davam etdirəcək.
Anlaşmaya əsasən, 26 yaşlı oyunçu klubda 30 matçda meydana çıxsa, İtaliya təmsilçisi onu heyətinə qatmalı olacaq və qarşı tərəfə bunun üçün 3.5 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2019-cu ildə Fenerbahçe-yə keçən Mixa Zaytsın klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.