Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Google şəhər tikməyi planlaşdırır

Google şəhər tikməyi planlaşdırır

Tarix: 10 Sentyabr 2020 20:20

Google yeni şəhəri inşa etməyi planlaşdırır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Alphabet korporasiyası Kaliforniyanın Mauntin-Vyu şəhərinin 40 hektarlıq sahəsində yeni obyekti tikmək niyyətindədir.

İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər və startaplarla dolu olan silikon vadisinin mərkəzində yerləşən bu kompakt kampus mütəxəssislər üçün maksimal dərəcədə rahat mühit olmalıdır.

Layihə çərçivəsində ofis sahələrinə təxminən 123,5 min kvadratmetr, təşkilatların, ticarətin və xidmət sahələrinin istifadəsi üçün isə 2 700 kvadratmetrdən çox ərazi ayrılıb. Kampus "Middlfield Park" adlandırılacaq və onun yaradılmasında şəhər administrasiyası çox maraqlıdır - yeni mikrorayon yerli iqtisadiyyatın inkişafına nəzərəçarpacaq təkan verəcək.

Milli.Az


Etiketlər:  Google şəhər tikməyi planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ