Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST-ün baş direktoru: Dünyada təxminən 180 koronavirus peyvəndi hazırlanır

ÜST-ün baş direktoru: Dünyada təxminən 180 koronavirus peyvəndi hazırlanır

Tarix: 10 Sentyabr 2020 23:32

Bakı. Trend:

Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır, bunlardan 35-i insanlarda sınaqdan keçirilir.

Trend xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

Baş direktor bildirib: "Hazırda 180-ə yaxın peyvənd hazırlanır və onlardan təxminən 35-i insanlarda sınaqdan keçirilir".

Onun sözlərinə görə, tarixdə heç bir xəstəliklə bağlı bu qədər sürətli tədqiqatlar olmayıb.

T.A.Qebreyesus əlavə edib ki, bu "son illərdə elm və texnologiyada inanılmaz irəliləyişi" nümayiş etdirir.


Etiketlər:  ÜST baş direktoru Dünyada təxminən koronavirus peyvəndi hazırlanır


RƏYLƏR