Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 09:50
Bakı. Trend:
Sentyabrın 10-da saat 21 radələrində Mingəçevir şəhəri ərazisində 1986-cı il təvəllüdlü Mirvari Məmmədovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Mingəçevir şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İstintaqla zərərçəkmişin qardaşı 1985-ci il təvəllüdlü Malik Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirvari Məmmədovaya çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Malik Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.