Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusdan ölənlərin sayı 23 minə çatır

İranda koronavirusdan ölənlərin sayı 23 minə çatır

Tarix: 11 Sentyabr 2020 13:44

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 115 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22 913 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 313 koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 397 801 nəfərə yüksəlib. Onlardan 3 753 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 342 539 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,5 milyondan çox diaqnoz testi həyata keçirilib.


Etiketlər:  İranda koronavirusdan ölənlərin sayı minə çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ