Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vəfa Yaqublu: Ənənəvi dərs keçən şagirdlərin minimal və maksimal həddi ilə bağlı məhdudiyyət qoymuruq

Vəfa Yaqublu: Ənənəvi dərs keçən şagirdlərin minimal və maksimal həddi ilə bağlı məhdudiyyət qoymuruq

Tarix: 11 Sentyabr 2020 16:36

Bakı. İlhamə İsabalayeva – Trend:

Biz məktəblərdə ənənəvi dərs keçən şagirdlərin minimal və maksimal həddi ilə bağlı məhdudiyyət qoymuruq.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, siniflərdə olan şagirdlərin sayı otaqların həcmi, onlar arasındakı məsafə ilə bağlıdır: “Əgər dərs 60 kvadrat metrlik sinif otağında keçiriləcəksə, onda bu sinifdə partaları 1,5 metr məsafə ilə düzüləcək. Siniflər nə qədər imkan versə, o qədər şagird həmin otaqda dərs keçəcək, siniflər buna uyğun yarımqruplara bölünəcəklər. Bu, sinif otağının həcmindən asılıdır. Hər parta arxasdında bir uşaq əyləcək. Ehtimal var ki, xüsusi sıxlığı olan məktəblərdə valideynlərin çoxu öz uşağını məktəbə göndərməyək. Bu baxımdan bu məktəblərdə şagird sayı azalacaq. Hər yarım qrup üçünü xüsusi dərc cədbəli hazırlanacaq. Bu cədvəll\r nazirliyin səhifəsində paylaşılıb”.


Etiketlər:  Vəfa Yaqublu Ənənəvi dərs keçən şagirdlərin minimal maksimal həddi ilə bağlı məhdudiyyət qoymuruq


RƏYLƏR