Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 23:58
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turunda "Keşlə" ilə matçda (0:0) zədələnən Mahir Emrelinin durumu haqda açıqlama verib.
Qol.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında 23 yaşlı hücumçunun zədəsinin ciddi göründüyünü deyib: "Mahirin zədəsi ciddi görünür. Sərt zərbə aldı və ayağı burxuldu. Sabah dəqiq biləcəyik".
Qeyd edək ki, M.Emreli "Keşlə" ilə görüşün ilk hissəsisinin sonlarında zədələnib və Elvin Cəfərquliyevlə məcburi əvəzlənib.