Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' ''Qalatasaray''la oyuna kimi toparlanmalıdır'' - Vurğun Hüseynov

''Neftçi'' ''Qalatasaray''la oyuna kimi toparlanmalıdır'' - Vurğun Hüseynov

Tarix: 12 Sentyabr 2020 12:04

"Neftçi" ilə matçın çətin olacağını bilirdik. Bu rəqibə qarşı səfər oyunu hər komanda üçün 2 qat çətinlik yaradıb. Görüşə yaxşı nəticə qazanmaq üçün çıxmışdıq".

Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Premyer Liqanın 2-ci turunda səfərdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

32 yaşlı müdafiəçi rəqibi istək və əzmkarlığın hesabına üstələdiklərini bildirib. Hüseynov baş məşqçi Ayxan Abbasovun rəqibə uyğun taktika seçdiyini və bunun qələbə üçün önəmli olduğunu söyləyib.
Təcrübəli futbolçu "Neftçi"nin UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ı ilə qarşılaşmadakı şanslarını da dəyərləndirib: "Qalatasaray" oyunun favoritidir. Hər birimiz istəyirik ki, "Neftçi" növbəti mərhələyə vəsiqə qazansın və ölkənin reytinq xalları artsın".

Azərbaycan millisinin sabiq üzvü İstanbul təmsilçisi ilə matçın "Neftçi" üçün çətin keçəcəyini sözlərinə əlavə edib: "Qalatasaray"ın futbolçularının ustalıq səviyyəsi yüksəkdir. "Neftçi" tez zamanda toparlanmalı və oyuna hazır olmalıdır. İnanıram ki, belə də olacaq. Düşünürəm ki, əzmkarlıq və istək sayəsində "Qalatasaray"ı keçmək olar".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.  (Report)
 


Etiketlər:  Neftçi Qalatasarayla oyuna kimi toparlanmalıdır Vurğun Hüseynov


RƏYLƏR