Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2019 00:48
"Fənərbaxça" "Verder"in futbolçusu Maks Kruzeni transfer edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Almaniyalı oyunçunun müqaviləsi Bundesliqa təmsilçisi ilə iyunun 30-u başa çatacağı üçün o, azad agent kimi İstanbul klubuna keçib.
Qeyd edək ki, Kruze ötən mövsüm Bundesliqada 32 matçda 11 qol vurub, 9 qolun ötürməsini verib.