Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fərid yeni mövsümdə ilk qolunu vurdu

Fərid yeni mövsümdə ilk qolunu vurdu

Tarix: 13 Sentyabr 2020 00:38

Çexiya 2-ci divizionunda 3-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) səfərdə “Prosteyov” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Fərid də bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana çıxıb. Komandasının ikinci qolunu da 90+1-ci dəqiqə Fərid vurub.

Qeyd edək ki, ardıcıl 3 oyundur qələbə qazanan “Viktoriya” 9 xalla zirvədə qərarlaşıb.

 


Etiketlər:  Fərid yeni mövsümdə qolunu vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ