Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahir “Molde”yə qarşı oynayacaqmı?

Mahir “Molde”yə qarşı oynayacaqmı?

Tarix: 13 Sentyabr 2020 13:18

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının 2-ci turunda “Keşlə” ilə matçda zədələnən futbolçusu Mahir Emrelinin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Molde” ilə oyunu buraxmaq ehtimalı var.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az saytına açıqlamasında bildirib ki, 23 yaşlı hücumçunun ayağında burxulma aşkarlanıb:

“Mahirin “Molde” ilə matçda meydanda olub-olmayacağı bəlli deyil. Ayağında burxulma var. Vətərlərində problem yoxdur. Amma burxulma ciddidir. Onda görə də Mahirin sağlamııq durumu onun bədəninin verdiyi reaksiyadan asılı olacaq. Bu səbəbdən oynayıb-oynamayacağı sual altındadır”.
 
Qeyd edək ki, sentyabrım 16-sı Kiprin "AEK Arena- George Karapatakis" stadionunda keçiriləcək “Qarabağ” – “Molde” görüşü Bakı vaxtı ilə 21:00-da başlayacaq.
 


Etiketlər:  Mahir Moldeyə qarşı oynayacaqmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ