Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda 165 nəfər koronavirusa yoluxdu

Gürcüstanda 165 nəfər koronavirusa yoluxdu

Tarix: 14 Sentyabr 2020 11:00

Bakı. Trend:

Gürcüstanda son sutka ərzində 165 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, növbəti rekord göstərici olub. Ölkədə bu günədək virusa yoluxanların sayı 2 392 nəfərə çatıb.

Bundan əvvəlki ən yüksək göstərici sentyabrın 12-də (158 nəfər) qeydə alınmışdı.

Bu günədək ölkədə 19 nəfər vəfat edib. 1 369 nəfər sağalıb, 1 004 nəfərin müalicəsi davam edir.


Etiketlər:  Gürcüstanda nəfər koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ