Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 12:27
Bakı. Trend:
Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı, RİH-də təcrübə keçən könüllülərin və İctimai Şuranın üzvlərinin təşəbbüsü ilə təmizlik aksiyası keçirilib.
40-a yaxın iştirakçının iştirak etdiyi “Trashtag” layihəsi çərçivəsində Qobu-Hökməli yolunun ətrafında səliqə-sahman yaradılmasına ehtiyac olan sahələrdə təmizlik işləri aparılıb, böyük bir ərazi məişət tullantılarından təmizlənilib. “Təmiz təbiət, sağlam həyat!” devizi ilə keçirilən layihənin məqsədi insanları təbiətə qarşı daha diqqətli və qayğıkeş olmağa, tullantıları düzgün idarə etməyə dəvət etməkdir.
Aksiya zamanı gənclər karantin dövrünün tələblərinə uyğun olaraq qoruyucu vasitələrdən istifadə ediblər.
Qeyd edək ki, Abşeron rayonunda ətraf mühiti qorumaq, eləcə də insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyəti ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq məqsədilə bu cür aksiyalar mütəmadi olaraq keçirilir.