Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 14:24
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 156 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 23 313 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 619 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 404 648 nəfərə çatıb. Virus daşıyıcılarından 3 798 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 348 013 nəfər koronavirusdan sağalıb.
Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.
İranda indiyədək 3,58 milyondan çox diaqnoz testi həyata keçirilib.