Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

I qrupda 600-dən çox bal toplayanların sayı çoxalıb

I qrupda 600-dən çox bal toplayanların sayı çoxalıb

Tarix: 14 Sentyabr 2020 15:58

Bu il I qrupda 600-dən çox bal toplayanların sayı çoxalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il birinci qrupda 600-dən çox bal toplayanların 611 nəfər olduğu halda, keçən il bu say 553 olub.

M.Abbaszadə qeyd edib ki, bu səbəbdən I qrupda yüksək maraq olan ixtissalar üzrə keçid ballarının yüksək olacağı gözlənilir.

DİM sədri əlavə edib ki, bu il 500-dən çox bal toplayanların sayı 1903, keçən il 1864 nəfər, bu il 400-dən çox bal toplayanların sayı 3931, keçən il 3935 nəfər olub. 400-dən aşağı bal toplayanların sayı isə təxminən eyni səviyyədə olub.

M.Abbaszadə bildirib ki, bu il I qrupda plan yerlərinina azalmasına baxmayaraq, bu ilki müsabiqə vəziyyətinin ötən ilki kimi olacağı gözlənilir.

Milli.Az


Etiketlər:  I qrupda 600 dən çox bal toplayanların sayı çoxalıb


RƏYLƏR