Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 19:22
"Real Sosyedad"ın yeni transferi David Silva koronavirusdan sağalıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi komanda ilə məşqlərə başlayıb.
Qeyd edək ki, Silvanın avqustun 31-i koronavirusa yoluxduğu açıqlanmışdı.
Xatırladaq ki, ispan oyunçu yayda "Mançester Siti"dən ayrılıb və azad agent kimi "Real Sosyedad"a keçib.