Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 23:20
Onlayn müşahidəçilər qrupu Amazon şirkətini COVID-19 pandemiyası dövründə birbaşa istehlakçılara satılan ilkin tələbat malları, o cümlədən maska və tualet kağızı üzərinə qoyulan qiymətlərin artırılmasında təqsirləndirir. Şirkətin nümayəndələri isə öz növbəsində, məhsulların satışı üçün platformadan istifadə edən müstəqil satıcıları eyni əməldə günahlandırırlar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət undan tutmuş əl üçün dezinfeksiyaedici vasitələr və üz üçün maskayadək 10 əsas məhsulun qiymətini tam 1010 faiz artırıb. Qiymət artımı cari ilin fevralından avqustun ortalarınadək baş verib.
Public Citizen təşkilatı tərəfindən nəzərdən keçirilən bütün məhsulların üzərində müstəqil istehlakçılar tərəfindən deyil, "Amazon tərəfindən satılıb" sözləri qeyd edilib.
Təşkilatın müşahidəsinə görə, nəticələr Amazon-un "pandemiyanın qızğın çağında, istehlakçıların kütləvi şəkildə ərzaq məhsulları və ilkin tələbat malları aldığı bir vaxtda daxili tədarükçülər onun saytında qiymətlərin artımında məsuliyyət daşıyırlar" kimi iddiası ilə ziddiyyət təşkil edir.
Hesabata görə, koronavirusun yayılmasına nəzarət üçün vacib hesab edilən 50 birdəfəlik maskadan ibarət qablaşdırmanın qiyməti 1000 faiz qaldırılıb. Bu qablaşdırmalar yaz aylarında 40 dollara satışa çıxarılmışdı, halbuki pandemiya başlananadək onun dəyəri cəmi 4 dollar idi. Həmçinin tualet kağızının da qiyməti 528 faiz artırılıb. Pandemiyadan əvvəl 7 dollar dəyəri olan bu məhsul 37 dollara satılıb. Sentyabrda ilkin tələbat mallarının dəyəri aşağı düşməyə başlayıb.