Tarix: 16 Sentyabr 2020 16:00
Azərbaycan Premyer Liqasında 2-ci turun ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az xəbər verir ki, bu, “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadədir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Millimizin üzvü "InStat"ın təhlilinə əsasən 321 göstərici ilə hamını qabaqlayıb.
“Qəbələ” ilə görüşdə (3:0) 90 dəqiqə meydanda olan Mustafazadə komandasının 2-ci qolunu vurub.