Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın "Molde" ilə oyununu izləyəcəyik" - Terim

Tarix: 16 Sentyabr 2020 18:34

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün keçiriləcək "Qarabağ" - "Molde" oyununu izləyəcək.

Qol.az xəbər verir ki, bu barədə türk mütəxəssis Avroliqanın 2-ci təsnifat mərhələsində "Neftçi" ilə matç öncəsi keçirilən mətbuat konfransında deyib: "Bəli, "Qarabağ"ın oyununu izləyəcəyəm. İnşallah, qazanarlar. "Qarabağ"ın "Neftçi" ilə yaxşı anlaşmadığını da bilirəm".

Qeyd edək ki, Kiprin Larnada şəhərindəki "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

 


Etiketlər:  Qarabağın Molde ilə oyununu izləyəcəyik Terim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ