Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2019 17:00
"Neftçi" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.
Qol.az xəbər verir ki, "ağ-qaralar" Ukraynanın "Vorskla" klubu ilə qarşılaşıb. "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydançasındakı matçda Bakı təmsilçisi 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gələn "Neftçi"nin Rumıniyanın "Politexnika İaşi" klubu ilə oyunu güclü duman səbəbindən yarımçıq qalmışdı. Paytaxt təmsilçisi iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.
Yoxlama oyunu
30 iyun
15:00. "Neftçi" - "Vorskla" - 2:3
Qollar: Vangelis Platellas, 29; Dario Frederiko, 33