Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 22:36
Bakı. Trend:
Ermənistanın bütün beynəlxalq hüquq norma və prinsiplərini pozaraq Livan və Suriyadan erməniləri işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarına köçürməsi, rəsmi İrəvanın işğalçılıq siyasətinin bariz nümunəsidir.
Ermənistan bu addımı ilə sülhdə maraqlı olmadığını, münaqişənin alovlanmasında maraqlı olduğunu nümayiş etdirir. Konfliktin həlli ilə məşğul olan beynəlxalq təşkilatların susqunluğu isə işğalçının mənfur siyasətini davam etdirməyə stimul yaradır.
Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında Ermənistanın beynəlxalq hüquqa zidd siyasəti, bölgəni fəlakətə sürükləyən addımları ətrafında müzakirə aparılıb. Verilişin qonaqları, Milli Məclisin deputatı Fazil Mustafa və Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekanı, politoloq Vüqar Zifəroğlu mülahizələrini bölüşüblər. Qeyd edilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur. F.Mustafa qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqe sərgiləyir, düşməndən və düşməni himayə edənlərdən beynəlxalq hüquqa əməl olunmasını tələb edir. V.Zifəroğlu isə bildirib ki, Ermənistan Suriya və Livandan 90-cı illərin əvvəllərində təkcə erməniləri deyil, fərqli terrorçu qrupları da gətirərək Azərbaycan Ordusuna qarşı istifadə edib.
“Hədəf”ə video bağlantı vasitəsilə qoşulan beynəlxalq ekspertlər Malik Əyyub Simbal və Arye Qut Ermənistanın işğalçı siyasəti ətrafında fikirlərini bölüşüblər. Vurğulanıb ki, beynəlxalq aləm Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinə şahidlik edir. Bildirilib ki, münaqişə zonalarında olan ermənilərin işğal edilmiş Dağlıq Qarabağda məskunlaşdırılması çox ciddi məsələdir. ATƏT-in Minsk Qrupu Ermənistanın bu cür qeyri-qanuni fəaliyyətini dayandırmaq üçün səylər göstərməlidir.
“Hədəf”in müzakirəsini bütöv şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=pcCQQm_CfZc
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi – Trend.az