Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' ''Qalatasaray''a qarşı

''Neftçi'' ''Qalatasaray''a qarşı

Tarix: 17 Sentyabr 2020 10:52

"Neftçi" bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

İlk mərhələdə Şimali Makedoniyanın "Şkupi" klubunu mübarizədən kənarlaşdıran (2:1) Füzuli Məmmədovun komandası Türkiyə nəhəngi ilə oyuna da qələbə üçün çıxacaq.

Qeyd edək k, "Neftçi" - "Qalatasaray" cütünün qalibi bu gün keçiriləcək "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Xorvatiya) oyununda üstün olan komandanı qəbul edəcək.

17 sentyabr

Avropa Liqası

2-ci təsnifat mərhələsi

20:00. "Neftçi" (Azərbaycan) - "Qalatasaray" (Türkiyə)
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

Milli.Az


Etiketlər:  Neftçi Qalatasaraya qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ