Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda polis əməkdaşı qəzaya düşdü: Yaralılar var - FOTO

Bakıda polis əməkdaşı qəzaya düşdü: Yaralılar var - FOTO

Tarix: 17 Sentyabr 2020 16:30

Bakıda kuryer xidməti göstərən motosikletçi polis motosikletinə çırpılıb. 

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə Füzuli küçəsində qeydə alınıb.

Belə ki, kuryer xidməti göstərən sürücü motosikleti ilə 10-P-054 nömrəli Yol Patrul Xidməti motosikletini vurub.

Hadisə nəticəsində polis əməkdaşı və digər motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Polis əməkdaşı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına çatdırılıb. 


Etiketlər:  Bakıda polis əməkdaşı qəzaya düşdü Yaralılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ