Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 21:16
Koronavirus pandemiyası həm bütün dünyada, həm də Azərbaycanda qlobal iqtisadi inkişafa, ticarət axınlarına, eləcə də səhiyyə və sosial təminat sistemlərinə misilsiz zərbə vurub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı çərçivəsində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) "Çıxarılan nəticələr və inkişaf yolu" mövzusunda keçirilən vebinarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda iqtisadi inkişaf və ticarət axınları ilə bağlı problemlər ilk növbədə həll edilməli olan prioritetlər deyil.
Nazir bildirib ki, COVID-19 pandemiyası dövründə CAREC regionu ölkələri ilk növbədə insanların sağlamlığı və təhlükəsizliyinin təmin olunması üçün pandemiya ilə mübarizə aparır, ona görə də iqtisadi inkişaf məsələləri ikinci plana keçir.
Nazir əlavə edib ki, hər bir böhran inkişaf üçün yeni çağırışlar yaradır və Azərbaycan AİB-in reallaşdırdığı bu cür tədbirlərin təşkili üzrə CAREC proqramı üzrə təşbbüsü dəstəkləyir.