Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 14:24
Bakı. Trend:
Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan şosesi küçəsi ilə gedərkən 2 nəfərin hücumuna məruz qalıb. Həmin şəxslər ona zor tətbiq edərək 230 manatını alıblar. Zərərçəkmiş bu barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri C.Ağayev və V.Paşayev qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin