Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məzunlardan 125-i qızıl, 76-sı gümüş nişanla təltif olunub

Məzunlardan 125-i qızıl, 76-sı gümüş nişanla təltif olunub

Tarix: 18 Sentyabr 2020 17:21

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub.

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.


Etiketlər:  Məzunlardan 125 i qızıl 76 gümüş nişanla təltif olunub


RƏYLƏR