Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub

“Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub

Tarix: 18 Sentyabr 2020 19:09

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sentyabrın 14-də axşam radələrində Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında qəza vəziyyətinin yaranması haqqında məlumat daxil olub.

Məlumatdan dərhal sonra, məcburi köçkünlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.
Aidiyyəti dövlət qurumlarının nümayəndələri əraziyə baxış keçirib. 98 ailənin müvəqqəti məskunlaşdığı sanatoriyanın qəzalı vəziyyətdə olması nəzərə alınaraq, onları binanı tərk etmək tövsiyə olunub.

Dövlət Komitəsinin balansında olan boş mənzil fonduna uyğun olaraq, “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında yaşayan 11 ailə yeni mənzillə təmin olunub.
Digər ailələrə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Ümid” qəsəbəsində tikintisi başa çatmış 180 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yaşayış məhəlləsinə köçmək təklif olunub.


Etiketlər:  Qızılqum sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub


RƏYLƏR