Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 19:45
Türkiyəli aktyor Erkan Kolçak Köstendil "Görünen adam" serialındakı fotosunun dərgilərdə və "Youtube"da bir bankanın reklamı kimi yayımlanmasına etirazını bildirib.
Sonxeber.net unikal.org-a istinadən xəbər verir ki, bankı məhkəməyə verən sənətçi təzminat tələb edib. Hakimin yekun qərarı aktyorun xeyrinə olub.
Belə ki, Köstendilin məşhurluğundan bank sui istifadə edib. əgər bank aktyora bunla bağlı rəsmi müraciət etsəydi, 200 min lirə qonorar ödəməli idi.
Haqqının taptalandığını deyən Erkan 125 min lirə təzminat ala bilib. Hakim bankın Erkan Kolçak Köstendilə 100 min lirə maddi, 25 min lirə isə mənəvi təzminat ödəməsi qərarını verib.