Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2020 19:34
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.
DİN-dən Sonxeber.net-a verilən məlumata görə, sentyabrın 18-də paytaxtın Xəzər rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Şüvəlan qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbənin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini A.Ağabəyov barəsində protokol tərtib edilərək 3 000 manat məbləğində cərimələnib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.