Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ivan-çayın faydaları

Ivan-çayın faydaları

Tarix: 19 Sentyabr 2020 22:57

Bu çoxillik ot bitkisini xalq arasında bir çox başqa adlarla(ovçu otu, odlu çay və s.)da adlandırırlar. Bitkinin İvan-çay adlandırılması onun Rusiyadan Avropa ölkələrinə satışı zamanı baş vermişdir. Albion və Avropa ölkələrinə bu çayın Rusiyadan ixrac edilməsi bitkinin müxtəlif adlarının İvan-çay üzərində birləşməsinə səbəb olub. Buna səbəb isə Rusiyada İvan adının məşhur olması və bu bitkinin ən çox Rusiyada yetişməsi və oradan dünya bazarlarına çıxmasıdır.
Elmə İvan - çayın 8 növü məlumdur. Onlardan ən çox istifadə onunanları aşağıdakılardır:
* Uzunyarpaqlı (kiprey) İvan-çayı
Tibbdə ən çox bitkinin bu növündən istifadə edilir. Buna görə də həm müalicə, həm də dekorativ məqsədlə bitkinin bu növü daha çox yetişdirilir. Bitkinin bu növündən məşhur kiprey çayı hazırlanır və satılır. Bu bitki ən çox zəif klimatik bölgələrdə, Sibirdə və Rusiyanın Avropaya yaxın olan meşələrində bitir.
*Enliyarpaqlı İvan-çayı
Bitkinin bu növü ən soyuq bölgəlrdə yetişir. Vətəni Şimal yarımkürəsi hesab edilir. İvan-çay Qrellandiyanın milli simvollarından biri sayılır.
* Qafqaz İvan-çayı
Bitkinin bu növü Qafqaz və Alp dağlarında yabanı halda yetişir.
* Dodoneya İvan-çayı
Bu növ zəif subarktik bölgələrdə yetişir. Ən çox Şimali Amerikada, Asiyada və Avropada bitir. Bu bitkinin yaşıl hissələrindən ev heyvanlarını qidalandırmaq məqsədilə istifadə edilir.
100 quru çiçək və yarpağın tərkibində olanlar:
- Su - 70 qram
- Zülallar - 4,71 qram
- Yağlar - 2,75 qram
- Karbohidratlar - 19,22 qram
- Qida lifləri - 10,6 qram
- Enerji dəyəri - 103 kKal
- Kalium - 494 mq
- Kalsium - 429 mq
- Maqnium - 156 mq
- Fosfor - 108 mq
- Nartium - 34 mq
- Sink - 2,66 mq
- Dəmir - 2,4 mq.
İvan-çayın tərkibi PP, C, B6, A, B2, B9, B1 vitaminləri ilə zəngindir.
İvan-çay dəmləməsindən və ya qurudulmuşundan həm daxilə, həm də xaricə tətbiq etmək üçün istifadə edilir. Müalicə məqsədilə kompreslərin qoyulması və daxilə qəbul edilməsi orqanizm üçün çox faydalıdır. Kimyəvi tərkibinə görə İvan-çay karbohidratlar, selik, pektin, triterpenoidlər, oleanol, ursol, hidrooksiursol və hidrooksilenol turşuları, kofein, kumarin, flavonidlər, saksanqularetin, kempferol, kversetinmirisitin, panozid qlükozidi, dubil maddələr, alkoloidlər, askorbin turşusu və karotinlə zəngindir. Onun tərkibindəki mineralların (marqanes, titan, nikel, fosfor duzlarının orqanizmə faydası çoxdur. İvan-çayın tərkibində təbii turşular, polisaxaridlər və nişasta da var. Onun tərkibindəki dubil və selik maddələr orqanizmə iltihab və ağrı əleyhinə təsir göstərir. Bu çayı mədə şirəsinin çoxaldığı zaman, ağciyər xəstəliklərində, boğaz ağrısı zamanı qarqara emək üçün, diş ətinin iltihabi xəstəliklərində, otit zamanı, daxili və xarici qulaq seyvanını iltihabi xəstəliklərində, burun qanaxmalarında, haymoritdə istifadə etdikdə xəstəliklərin əlamətlərini azaldır və sağalmasını sürətləndirir.
İvan-çayın tibbdə tətbiqi
Tibbdə bu çayın ən çox uzunyarpaqlı-kiprey növündən istifadə edilir. Çay spazmolitik, sakitləşdirici, hərarətsalıcı, qıcolmaəleyhinə təsir göstərir. Hamiləlik zamanı İvan-çay və onun qarışımlarından istifadə edilən çayardan içmək məsləhət görülmür. Buna səbəb çayın allergiyaya səbəb ola bilməsidir.
Xalq təbabətində İvan-çaydan istifadə edilməsi
* Mədə yarası koltlər və qastrirlər zamanı 10 qram quru bitkini 1 stəkan suda
qaynadıb, gündə 3 dəfə, hər dəfə 1-2 xörək qaşığı olmaqla yeməkdən əvvəl içilir.
* Prostatit zamanı 1 stəkan qaynar suya 1 xörək qaşığı İvan-çay tökülür, üstü örtülüb dəmlənir və 2 xörək qaşığı olmaqla yeməkdən əvvəl içilir.
* Mədə-bağırsaq sisteminin iltihabi xəstəlikləri zamanı 3 xörək qaşığı xırdalanmış İvan-çay yarpaqlarını 200 ml qaynar suya töküb su hamamında dəmləyib 2 xörək qaşığı olmaqla gündə 3 dəfə yeməkdən əvvəl içmək lazımdır.
* Prostat vəzin adenoması zamanı 1,5 xörək qaşığı quru İvan-çay yarpaqlarını 200 ml suda qaynadaraq səhər-axşam 1 stəkan içmək lazımdır.
* Xroniki yorğunluq əlamətləri olduqda 2 xörək qaşığı xırdalanmış İvan-çay yarpaqlarını 400 ml qaynar suya töküb dəmləyib acqarına 3 xörək qaşığı içmək lazımdır.
* Qanazlığı zamanı 1 xörək qaşığı İvan-çayı 200 ml qaynar suda 2 saat dəmləyib gündə 3 dəfə 1 xörək qaşığı olmaqla içmək lazımdır.
* Xərçəngəleyhinə təsir göstrməsi üçün kiprey çiçəkləri, andız kökü və çiçəkləri, bağayarpağı, ağ akasiya çiçəkləri ilə birlikdə 2:2:2:1 nisbətində götürülərək qarışdırılır, 200 ml suda 30 dədidə dəmlyib soyuduqdan sonra gündə 1 stəkan içmək lazımdır.
* Haymorit zamanı 2 xörək qaşığı qurudulmiş İvan-çayı 0,5 litr suda qaynadıb soyutmaq və gündə 3 dəfə yarım stəkan yeməyə 30 dəqiqə qalmış içmək lazımdır.
* Pnevmoniya zamanı 1 stəkan suda 15 qram bitki qurusunu qaynadıb, 60 dəqiqə dəmləmək və gün ərzində 2 dəfə 1 stəkan olmaqla içmək lazımdır.
* Aybaşı pozğunluqları zamanı eyni miqdarda İvan-çay və cökə yarpaqlarının qarışımından1 qaşıq götürüb, 1 stəkan suda qaynadıb gündə 3 dəfə, hər dəfə 1 stəkan içmək lazımdır.
* Klimakterik nevrozlar zamanı İvan-çay yarpaqlarını böyürtkən yarpaqları ilə eyni miqdarda qarışdırıb çay dəmləmək və gündə 1 stəkan içmək lazımdır.
Xaricə tətbiqi
* Konyuktvit zamanı bu bitki dəmləməsi ilə gözləri silmək lazımdır.
* Dəridə olan kəsikərin tez sağaması üçün yara yerini İvan-çay dəmləməi ilə yuduqda yaralar qısa bir zamanda sağalır.
* Müxtəlif dəri xəstəlikləri(psorias, eqzema,neyrodermit və s.)zamanı İvan-çay bitkisinin vedrədə qaynadıb onun suyu ilə vanna eləmək xəstəliklərin əlamətlərinin aradan qalxmasına səbəb olur.
Qida sənayesində onun çiçək və yarpaqlarının qarışımından müxtəlif siroplar hazırlanır. Onun təzə və quru çiçəklərindən müxtəlif salatlarda istifadə edilir.
Kosmetologiyada
* Kosmetologiyada bu çaydan saçlara qulluq vasitəsi kimi istifadə edilir.
Onun çiçklərini yumurta sarısı və turp yağı ilə birlikdə isidərək saçlara maska qoyduqda saçlar möhkəmlənir.
* Gənəcərçək yağı, acı bibər yağı, şam ağacı yağı ilə birlikdə İvan-çayı qaynadıb, soyuduqdan sonra saçlara maska şəklində sürtdükdə saçlar uzanır, parıldayır və başın dərisi sağlamlaşır. Maska qoyan zaman saç dərisini yüngül massaj etmək lazımdır.
* Portağalı blenderdə üyüdüb İvan-çay dəmləməsi ilə qarışdıraraq saçları nəmləndirdikdə və 2 saat sonra yuduqda saçlar canlanır və parlaq olur.
* İvan çay dəmləməsini yumurta sarısı və pivə ilə qarışdırıb saçları yuduqda saçlar daha da parlaq olur.
* İvan-çay dəmləməsində bişən yulaf əzməsi üzün dərisini gözəlləşdirir.
* Bal və İvan-çay dəmləməsi qarışımından hazırlanan maska isə üzün dərisini qidalandırır və cavanlaşdırır.
* Kefirlə İvan çay dəmləməsinə az miqdar xəmir mayası əlavə edərək qarışımı üzün və boyun nahiyənin dərisinə sürtdükdə dəri sağlamlaşır, qidalanır və ağarır.
İvan-çayın zərərləri və əks göstəriş
Fasiləsiz və uzun müddət İvan-çay dəmləməsi içmək mədə-bağırsağın fəaliyyətində pozulmalara səbəb ola bilir. Bu ən çox da 6 yaşına qədər olan uşaqlarda özünü biruzə verir. İvan-çaydan hamiləlik və süd əmizdirmə dövründə özbaşına istifadə etmək olmaz, mütləq həkimin məsləhətinə qulaq asmaq lazımdır. Tromboflebit və trombozdan əziyyət çəkənlər də bu çaydan istifafə edərkən həkimlə məsləhətləşməlidir.


Etiketlər:  Ivan çayın faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ