Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2020 11:50
Bu ilin iyul ayında ermənilərin Tovuzun Ağdam kəndini atəşə tutmaları nəticəsində zərər görən bütün fərdi yaşayış evlərinin ölkə rəhbərliyinin göstərişi ilə təmir-tikintisinə başlanılıb.
Xatırladaq ki, Tovuz hadisələri zamanı ermənilərin fərdi yaşayış evlərini atəşə tutması nəticəsində Ağdam kənd sakini 76 yaşlı Əziz Əzizov yaşadığı evdə dünyasını dəyişmişdi.
Həmçinin həmin hadisə zamanı Əziz Əzizovun evi də yarasız vəziyyətə düşmüşdü. Hazırda həmin ev sökülərək, yerində yenisi inşa edilir.
Sonxeber.net musavat.com-a istinadən Tovuzdan çəkilən görüntüləri təqdim edir.